Rusiya Azərbaycandan tonlarla meyvə-tərəvəz idxalına qadağa qoydu

Rusiya Azərbaycandan tonlarla meyvə-tərəvəz idxalına qadağa qoydu
18:30 10-07-2019 | icon 118

Yoluxmuş tərəvəz, meyvə və giləmeyvələrin Rusiya ərazisinə gətirilməsinə icazə verilməyib.

Bu barədə məlumatı Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti yayıb.

Dövlət sərhədinin Dağıstan hissəsində, Yaraq-Kazmalyar keçid məntəqəsində, 2019-cu il iyul ayının əvvəlindən Dağıstan Respublikasındakı Dövlət Fitosanitar Xidməti İdarəsinin mütəxəssisləri karantin ərazilərdə yoluxmuş məhsullar aşkar ediblər.

Beləliklə, Azərbaycandan 32,3 ton pomidor, 53,4 ton gilas, 19,92 ton quru noxud və 13 ton çiyələyin idxal olunmasına qadağa qoyulub.

Sözügedən məsələ ilə bağlı Azərbaycan Qida Təhlüəsizliyi Agentliyi (AQTA) milletinsesi.info-ın sorğusunu cavablandırıb.

Bildirilib ki, Fitosanitar tədbirlər üzrə 13 nömrəli Beynəlxalq Standartın tələbinə əsasən uyğunsuzluq aşkar edildiyi təqdirdə idxalçı ölkə ixracatçı ölkəyə dərhal rəsmi bildiriş verilməlidir:

“Qaydalara əsasən, tələblərə uyğun gəlməyən məqam aşkar edildikdə, rəsmi məlumat verilməlidir. Bununla bağlı agentliyə heç bir rəsmi məlumat daxil olmayıb.

Ümumiyyətlə, idxal-ixrac proseslərində bu cür halların baş verməsi mümkündür, lakin beynəlxalq qaydalara uyğun olaraq yükdə karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, yük zərərsizləşdirilərək yenidən müxtəlif istiqamətlərdə ixracı həyata keçirilə bilər”.