Başçı kəndliyə sahib çıxmırsa... - Sabirabadda acınacaqlı mənzərə

Başçı kəndliyə sahib çıxmırsa... - Sabirabadda acınacaqlı mənzərə
17:01 10-07-2019 | icon 237

Siraqəddin Cabbarovun Sabirabada başçı təyinatından sonra sözügedən rayonda başsızlıq yaranıb desək, yanılmarıq. Hər halda günü gündən artan şikayətlər belə deməyə əsas yaradır.

DİA.AZ bildirir ki, bu gün Sabirabad sakinləri üzləşdikləri problemlə bağlı hansı instansiyaya şikayət etməli olduqlarınıda bilmirlər. Məsələn, Sabirabadın Qalağayın kəndinin sakini Şahin Bağırov deyir ki, həyətyanı təsərrüfatlara da su verilmir:

sirt
«Bu il mindən çox calaq ağacım, qarğıdalı və pomidor əkinlərim yandı. Kəndin bir hissəsini su ilə təmin etməli olan arx illərdir ki, təmizlənmir. Su idarəsi günahı bələdiyyədə görür. Bələdiyyənin isə nə texnikası var, nə də bu işi görməyə marağı. Əvvəlki vaxtlarda adamlar kartofa, soğana, bostan və tərəvəz məhsullarına olan tələbatını öz həyətyanı torpaqları hesabına ödəyirdilər. İllərlə su görmədiyindən artıq bu torpaqlar da şoranlaşır. 150-dən artıq ev təsərrüfatı beləcə batıb gedir».

sirt1
Narazı sakinlərin sözlərinə görə, həm əlaqədar qurumlara və həm də yerli icra hakimiyyətinə müraciətləri cavabsız qalır: "Belə davam edərsə, Sabirabad sakinləri həm müflisləşəcək, həm də səfalətlə üz-üzə qalacaqlar".