Bakıda hərrac müəmması: 20 minlik avtomobillər 5 minə necə satılır?

Bakıda hərrac müəmması: 20 minlik avtomobillər 5 minə necə satılır?
18:44 09-07-2019 | icon 323

Demokrat.az-ın araşdırmasına görə, hazırda Azərbaycan avtomobil bazarında buraxılış ili 2006-ci il olan "BMW" 320 modelinin qiyməti 13-20 minmanatdək dəyişdiyi halda, Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi hərracda bu nəqliyyat vasitələri 5200 manata satılıb.

Göründüyü kimi, bu avtomobillərin satış hərracında ciddi müəmma hiss edilir. 

Image result for əmlak komitəsi

Məsələ ilə bağlı iqtisadçı-ekspert Hafiz Babalı deyir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən satışa çıxarılan avtomobillərin hərracı şəffaf aparılmır.

Onun sözlərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsi hərraca çıxarılan avtomobillıərin yalnız adını və buraxılış ilini göstərir: 

Image result for Hafiz Babalı

"Amma həmin avtomobillərin real görüntüləri, texniki vəziyyəti və digər bu kimi məsələlər barədə məlumat verilmir. Burada Əmlak Məsələləri Dövlət Komitəsi şəffalıq tələblərinə əməl etmir. Yəni, satışa çıxarılan əmlak barədə müfəssəl informasiya verilməlidir. Bu şərtlərdən biri həmin avtomobillərin real görüntülərini və onun haqqında ətraflı məlumatı təqdim etməkdir. Hərraca çıxarılan maşınların qəzaya düşüb düşməməsi barədə heç bir məlumat verilmir. Əgər o avtomobillərin bazarda satış qiyməti 10 mindən yüksəkdirsə və 5 min manata hərraca çıxarılırsa, deməli həmin maşınlar istismara yararsız vəziyyətdədir. Məntiq də bunu deyir".

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinə sorğu ilə müraciət etsək də, cavab ala bilmədik. 

Mənbə Demokrat.az