Ağstafada dağıdılan səkkiz min illik abidə barədə araşdırma başladı

Ağstafada dağıdılan səkkiz min illik abidə barədə araşdırma başladı
15:40 09-07-2019 | icon 124

Ağstafada səkkiz min illik tarixi abidənin dağıdılması ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırma aparılır.

Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirib ki, abidə ərazisinin dağıdılması ilə bağlı aparılan araşdırmalardan sonra müvafiq qaydada addımlar atılacaq:

“Qeyd edim ki, həmin abidə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələri siyahısında qeydiyyata alınmayıb. Ona görə də həmin ərazi diqqətdən kənarda qalıb, yerli mühafizəçilər tərəfindən nəzarət olunmayıb”.

Qeyd edək ki, Ağstafada səkkiz min il tarixi olan, ümumi Qafqazda ən qədim arxeoloji qazıntı sahəsi dağıdılıb. Ərazidə tapılan maddi mədəniyyət nümunələrinin tədqiqindən sonra bəlli olub ki, qədim yaşayış sahəsi Neolit dövrünə aiddir.