Saleh Məmmədovun 12 milyon manatlıq villasının görüntüləri yayılıb

Saleh Məmmədovun 12 milyon manatlıq villasının görüntüləri yayılıb
13:32 09-07-2019 | icon 338

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun Nabranda villasının görüntüləri yayılıb.

AzToday.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi Elçin İbrahimli bununla bağlı status paylaşıb. Onun sözlərinə sözügedən villa Saleh Məmmədova 12 milyon manata başa gəlib:

“Bu Nabranda Saleh Məmmədovun villasıdır. Bir il müddətinə tikilib. Burda dedilər ki, 12 milyon manata başa gəlib. Olmasa 40 otaqdan ibarətdir. Büdcənin yola ayirdığı pullar bu binaya sərf olunub. Azərbaycan sayağı idarəetmə”.