Vasif Talıbovdan DTX-ya rəhbər - TƏYİNATI

Vasif Talıbovdan DTX-ya rəhbər - TƏYİNATI
22:35 08-07-2019 | icon 92

Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəis təyin edilib.

milletinsesi.info xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov bununla əlaqədar iyulun 8-də fərman imzalayıb.

Fərmana əsasən, Nurlan Əjdər oğlu Pənahov Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, Nurlan Pənahov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini vəzifəsində çalışıb.