“Məmişin çay evi”ndə nələr baş verir?

“Məmişin çay evi”ndə nələr baş verir?
16:41 08-07-2019 | icon 249

Göranboy rayonundakı “Goran” yaşayış məntəqəsi Bakı-Qazax mərkəzi magistral yoluna bitişik bir ərzidə yerləşdiyindən, bu yaşayış məntəqəsinin adı tam əksəriyyətə bəllidir.

Düzdür, bu yaşayış məntəqəsində əhali daha çox məskunlaşsa da, lazımi təminolunmalar yetərincə olsa da, eyni zamanda rayonun iri yaşayış məntəqələrindən biri hesab olunsa da, ərazinin özünəməxsus probremləri, həllini gözləyən bir çox məsələləri var.

“Goran” yaşayış məntəqəsinin sağ və sol hissələrində çoxsaylı ictimai-iaşə obyektlərinin fəaliyyət göstərməsi, məhz bu ərazinin adının daha çox dillər əzbəri olmasına da səbəb olur.

Bugünlərdə redaksiyamıza “Goranın kruqu” adı ilə tanınan ərazidə fəaliyyət göstərən “Məmişin çay evi”ndə baş verən hoqqalarla bağlı xeyli məlumatlar daxil olub. Belə bir məlumatların varlığını eşitdikcə, sanki “vəlvələ”yə deyil, birbaşa “zəlzələ”yə düşdük.

Sən demə bu obyekti işlədən şəxs, gündəlik daha çox gəlir əldə etməyin asan yollarını tapıb.

Əldə etdiyimiz bəzi məlumatlara görə, ərazinin mərkəzi hissəsində yerləşən bu obyekt ictimai-iaşə obyekti olmasından daha çox, bəzi şəxslər üçün “svidaniya ünvanı”na çevrilib. Belə ki, günün müxtəlif vaxtlarında “Məmişin çay evi”nə üz tutan müştərilər, çox keçmir ki, obyektdə oturub gözləyən və müştəri hüzurunda “sərasər dayanmağa” qərar vermiş “xanımlar”ı nəzərdən keçirir və az sonra onlarla sövdələşməyə başlayırlar.

Elə hər şey də həmin andan başlayır. Amma, onu da unutmaq olmaz ki, müştərilər sövdələşmələrini yekunlaşdırdıqdan sonra arzularını “çin etmək” üçün həmin ünvanda “duruş gətirə” bilmirlər. Buna da əsas səbəb, həmin obyektdə lazımi şəraitin olmamasıdır. Belə ki, həmin “Məmişin çay evi” yalnız görüşfunksiyasını yerinə yetirir.

Hələ bu azmış kimi, əldə etdiyimiz bəzi məlumatlara görə bu çay evində çalışan işçilərlə rəhbərlik arasında heç bir əmək müqaviləsi sənədi bağlanmayıb, antisanitariya baş alıb gedir və digər çoxsaylı qanunsuzluq əməllərinə qol qoyulur.

Belə bir halların varlığı da, “Məmişin çay evi”nin dillər əzbəri olmasına səbəb olur. Düşünürük ki, aidiyyəti qurumlar bu obyektdə yaşanan problemlərin varlığı ilə bağlı lazımi addımlarını atıb, qanunamüvafiq tədbirlərini də görəcəklər.
Mövzu diqqətimizdədir.

Məsələ ilə bağlı qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq.

Mənbə Azerinfo.az