Hesablama Palatası AzTV-də yoxlama aparıb

Hesablama Palatası AzTV-də yoxlama aparıb
16:07 08-07-2019 | icon 95

Hesablama Palatası “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində yoxlama aparıb.

APA-nın məlumatına görə, bu, Hesablama Palatasının Kollegiya iclasında açıqlanıb.

Kollegiya iclasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2018-ci il üzrə maliyyə hesabatlarına dair nəzarət tədbirləri üzrə auditor hesabatı müzakirə olunub.

Kollegiya iclasında nəzarət tədbiri üzrə auditor hesabatı barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.