II və III qruplar üzrə imtahanın nəticələri nə vaxt çıxacaq?

II və III qruplar üzrə imtahanın nəticələri nə vaxt çıxacaq?
10:50 08-07-2019 | icon 103

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün iyulun 7-də keçirilən imtahanın nəticələri yaxın iki həftə ərzində elan olunacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında deyilir.

II və III ixtisas qrupları üzrə qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları (Azərbaycan və rus bölmələri) ilə bu linkdə tanış olmaq olar.

Qeyd edək ki, imtahanda ümumilikdə 28 mindən çox abituriyent iştirak edib. Onlardan 11 134 abituriyent II qrup üzrə, 17 565 abituriyent isə III qrup üzrə imtahan verib.