Məşhur klinika Ege Hospitaldan Azərbaycan bayrağına hörmətsizlik - VİDEO+FOTOLAR

Məşhur klinika Ege Hospitaldan Azərbaycan bayrağına hörmətsizlik - VİDEO+FOTOLAR
15:32 05-07-2019 | icon 176

Bakıda Həsən Əliyev küçəsində yerləşən Ege Hospitalın qarşıından asılan Azərbaycan bayrağı cırılıb. Şəhər sakinlərindən birinin verdiyi məlumata görə, hospitalın qarşısından keçərkən təsadüfən bayrağın cırıldığını görüb. Redaksiyamıza daxil olan şəkillərdə bayrağın aşağı hissəsində yaşıl rəngin künc hissədən cırıldığı görünür.

bayraq

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanunun Dövlət Bayrağının istifadəsinə dair tələblərinin 9-cu maddəsinin 9.3 bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Bayrağı bütöv olmalı və solğun görünməməlidir.



Bundan əlavə Azərbaycan Respublikasının Dövlət Bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı üç metr hündürlükdə olsun. Həmin foto və videonu təqdim edirik.

(Mənbə EkoNews.az)