Zəhərlənmələrin tüğyan elədiyi aylar başlayıb: necə qorunmalı? - VİDEO

Zəhərlənmələrin tüğyan elədiyi aylar başlayıb: necə qorunmalı? - VİDEO
17:25 04-07-2019 | icon 57

Qarın ağrısı, qusma və ishal kimi şikayətlər qida zəhərlənməsindən xəbər verir. Bu əlamətlər özünü göstərirsə, mütləq həkimə müraciət olunmalıdır.

Əsasən, isti havalarda tez-tez rast gəlinən, hətta ölümə belə yol açan bu təhlükədən necə qorunmalı və nələrə diqqət etməliyik?

1 saylı Şəhər Kliniki Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva bildirir ki, əgər kimsə zəhərləndiyini hiss edərsə, ilkin olaraq bol-bol su içməli və yediyi qidanı qaytarmağa çalışmalıdır.

Müsahibimizin sözlərinə görə, zəhərlənmələrin ən ağırı hisə verilmiş qidalardan qaynaqlanır.

O deyir ki, iyun-sentyabr aylarında zəhərlənmə ilə bağlı müraciət edənlər daha çox olur. Zəhərlənmələrin təməlində xroniki mədə-bağırsaq xəstəlikləri dayanır.

Həkim onu da qeyd edir ki, əvvəlki illərlə müqayisədə qida zəhərlənmələri bu il az müşahidə olunur.

Daha ətraflı Baku TV-nin hazırladığı süjetdə:

İlhamə Kələyeva
Orxan Hüseynzadə