Vasif Talıbov dörd ailəyə mənzil bağışladı - FOTO

Vasif Talıbov dörd ailəyə mənzil bağışladı - FOTO
11:10 03-07-2019 | icon 134

İyulun 2-də Sədərək rayonunda 1 şəhid ailəsinə, sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillər təqdim olunub.

milletinsesi.info xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mənzillə təmin olunanları təbrik edib, mənzillərin orderlərini təqdim edib.

Mənzillə təmin olunanlar şəhid anası Dilbər Hüseynova, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən Qəzənfər Həmzəyev, Azərbaycan Vətən Müharibəsi veteranları Rəhim Salmanov və Ramazan Adnayevdir.

Hər biri 3 otaqdan ibarət olan mənzillər tam təmir olunub, istilik sistemi quraşdırılıb.