Fuad Abbasov Rusiyada necə həbs edilib? - Özü təfərrüatı açıqlayır

Fuad Abbasov Rusiyada necə həbs edilib? - Özü təfərrüatı açıqlayır
14:25 02-07-2019 | icon 229

 Bir müddət Rusiyada həbsdə olan, sonradan azadlığa buraxılaraq Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov həbsinin təfərrüatını açıqlayıb.

milletinsesi.info-ın məlumatına görə, F.Abbasov Bakıda jurnalistlərə bildirib ki, 2019-cu il mayın 16-da ona heç bir xəbərdarlıq edilmədən saat 11-də, ev paltarında səhər yeməyi üçün mağazaya gedən vaxt binanın həyətində üç nəfər mülki geyimdə hücum edib:

“Əvvəlcə düşündüm ki, mənə hücum edənlər quldurdur və müqavimət göstərdim. Onlar mənə ağır xəsarət yetirdi, küçəyə çıxdım və polis çağırdım. Bir nəfər mənə yaxınlaşdı və dedi ki, biz polisdən gəlmişik. Həmin vaxt əlimi arxaya apardılar, qandal taxıldı, mikroavtobusun içinə saldılar. Məni Ximki şəhərinə gətirdilər. Orada bildirdilər ki, Rusiyada yaşamaq üçün verilən icazə müddətim bitib. Orada mənim qarşıma adımdan yazılan əraziyə imza atmağımı istədilər, lakin razılaşmadım. Daha donra Rusiyadan deportasiya olunmağım üçün qərar verildi”.

F.Abbasov bildirib ki, iyunun 6-da məhkəmə qərarına əsasən, o, Rusiyanı tərk etməyi könüllü olaraq özü istəyib:

“İyunun 7-də Azərbaycana gəlməyim üçün hava limanına getdim. Hava limanında naməlum şəxs tərəfindən zərbaycana deportasiya olunmağımın da qarşısı alındı və məni təkrar təxridxanaya göndərdilər. Həmin gündən aclıq aksiyasına başladım. Daha sonra öz hesabıma bilet almağıma baxmayaraq, Azərbaycana gəlmək cəhdimin qarşısı alındı. Düşünürəm ki, Rusiya hüquq-mühafizə orqanları həbs müddətimin uzadılması üçün hətta evimə axtarış apardılar ”.

Məhkəmənin çıxardığı hökmdən verdiyim apellyasiya şikayəti təmin olunsa belə, bir daha Rusiyaya qayıtmayacağam.

O qeyd edib ki, deportasiya olunması üçün Ximki şəhər məhkəməsinin çıxardığı hökmdən apelyasiya şikayəti verib:

“Şikayətim təmin olunsa və Rusiyada yaşamaq hüququm bərpa edilsə belə, heç zaman Rusiyaya qayıtmaq fikrində deyiləm. Əsas odur ki, haqqım bərpa olunsun”.

F.Abbasov deyib ki, həbsinin və deportasiya olunmasının əsl sifarişçiləri arasında Rusiya ermənilərinin liderləri durur.