"Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi xidməthaqqı üçün əlavə 22 manat pul alır?

"Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi xidməthaqqı üçün əlavə 22 manat pul alır?
14:20 01-07-2019 | icon 359

Xəzri ailəvi istirahət mərkəzi xidməthaqqı üçün əlavə 22 manat pul alıb.

Xəzri ailəvi istirahət mərkəzinə üz tutan müştərilər burada özbaşınalıqla qarşılaşıb. Belə ki, axşam yeməyi yeyən müştəriyə 73 manat hesab yazılıb. Məsələnin maraqlı tərəfi isə xidməthaqqı adı ilə müştərilərə əlavə 22 manat pul qeyd edilib. Müştərilər redaksiyamıza məlumat verərək bildiriblər ki, bununla bağlı istirahət mərkəzinə iradlarını bildirsələr də onların iradı qəbul edilməyib. Fotoşəkili isə sosial şəbəkədə yayan müştərilər qeyd ediblər ki, Xəzri ailəvi istirahət mərkəzi onları aldadaraq əlavə 22 manat hesab yazıb.

image_660x441_5d19c1cdeb9c0

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, bu hallarla qarşılaşan müştərilər təəssüflər olsun ki, heç bir quruma müraciət edə bilməzlər:

“Azərbaycanda qiymətlərə nəzarət edən konkret qurum yoxdur. İstənilən biznes qurumu öz siyasətinə uyğun qiymət təyin edə və sata bilər. Azad bazar iqtisadiyyatında qiymətlərin tənzimlənməsi deyə bir mexanizm yoxdur. Sahibkar istədiyi qiyməti asanlıqla təyin edir. Vətəndaş şikayətçi olsa belə onun şikayətinə baxılmayacaq”.

Məsələ ilə bağlı Xəzri ailəvi istirahət mərkəzi ilə əlaqə saxlasaq da onlar açıqlama üçün vaxtlarının olmadığını əsas gətirərək dəstəyi asıblar.

Mənbə Bizimyol.info