Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı

Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı
13:55 01-07-2019 | icon 70

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il iyulun 1-dək 100.742.334,19 AZN, 213.577,88 ABŞ dolları, 16.936,0 avro və 5000,0 rubl vəsait daxil olub.