“Danışan kitab” təqdim olundu

“Danışan kitab” təqdim olundu
00:10 28-06-2019 | icon 91

Görmə imkanları məhdud uşaqlar üçün üçün hazırlanmış “Danışan kitab” saytının və mobil tətbiqinin təqdimatı olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə hazırlanan layihə sağlamlıq imkanları məhdud uşaqların etibarlı sosial müdafiə sistemi və səmərəli reabilitasiya tədbirləri ilə əhatə olunmasına yönəlib.

Layihə çərçivəsində əsərlərin tanınmış aktyorlar tərəfindən səsləndirilməsi yolu ilə görmə imkanları məhdud uşaqların hər hansı haqq ödəmədən müasir avadanlıqlardan istifadə edərək, bədii və elmi ədəbiyyatın müxtəlif nümunələrini dinləmələrinə şərait yaradılıb. Bu da onların cəmiyyətə inteqrasiya imkanlarının artırılmasının dəstəklənməsinə xidmət edir.

Sayt həmin uşaqların informasiya əldə etmək imkanlarını asanlaşdırır, onlara müxtəlif əsərləri komüter və telefon vasitəsilə rahat şəkildə dinləməyə imkan yaradır.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov görmə imkanları məhdud uşaqlar üçün də yeni sosial reabilitasiya mərkəzlərinin yaradılacağını deyib.