Rusiyada sərnişin təyyarəsi qəza enişi edib: Pilotlar ölüb - VİDEO

Rusiyada sərnişin təyyarəsi qəza enişi edib: Pilotlar ölüb - VİDEO
08:15 27-06-2019 | icon 37

Rusiyada, Buryatiya Respublikasının şimalında  “Anqara” aviaşirkətinə mənsub An-24 sərnişin təyyarəsi  qəza enişi edib. Hadisə zamanı pilotların ikisi də ölüb, daha 7 nəfər xəsarət alıb. 

"RİA Novosti" bildirir ki,bu barədə Respublika rəhbərinin mətbuat katibi Aleksy Fişev məlumat yayıb.

Onun sözlərinə əsasən, təyyarədəki 42 nəfər böyük və 1 uşaq xilas edilib. 

Təyyarə bu gün səhər saatlarında  Nijneanqarskdan Ulan-Udeyə uçmaq üçün havaya qalxıb.  Bir qədər sonra onun mühərriklərdən birində nasazlıq yaranıb. Heyət hava limanına qayıtmaq qərarına gəlib.
 
İlkin məlumata görə, təyyarə eniş edərkən, uçuş-enmə xəttindən 100 metr kənara çıxıb və təmizləyici qurğuların binası ilə toqquşub. Nəticədə təyyarə alışıb.