“Wikipedia”nın işində nasazlıq yaranıb

“Wikipedia”nın işində nasazlıq yaranıb
07:35 27-06-2019 | icon 61

Dünyanın hər yerindən istifadəçilər cümə axşamına keçən gecə internet-ensiklopediya olan “Wikipedia”nın işində nasazlıq müşahidə ediblər.

Bu barədə TASS məşhur internet-resursların işini izləyən “Downdetector” servisinə istinadən xəbər verir.

““Wikipedia”nın işində nasazlıq ABŞ-ın şərq hissəsinin vaxtı ilə 08:38-də (Bakı vaxtı ilə 04:38-də) müşahidə olunub”, - deyə servisin saytında bildirilir.

Problemdən daha çox ABŞ, Böyük Britaniya, Danimarka, Rusiya və digər Avropa ölkələrindən olan istifadəçilər şikayət ediblər.