Rusiya yeni üzən tank yaradır

Rusiya yeni üzən tank yaradır
05:55 27-06-2019 | icon 44

Rusiyada özüyeriyən tankvuran top “Sprut SDM1” əsasında  yeni yüngül üzən tank yaradılır.  

Bu barədə “TASS”a MXKB (Maşınqayırmanın Xüsusi Konstruktor Bürosu) ASC-nin baş konstruktoru Sergey Abdulov deyib. 

“Yeni maşın “Sprut”dan fərqli olaraq gücləndirilmiş müdafiə sistemi və fərqli hərəkət hissəsi isə təchiz olunacaq. Lakin maşında əvvəli silah saxlanılacaq”, - deyə konstruktor bildirib.

Lakin o, yeni layihənin adını açıqlamayıb.

Qeyd edək ki, özüyeriyən tankvuran top “Sprut SDM1” 125 mm kalibrli yivsiz lüləli 2А75М ilə təchiz olunub.