Xarici dilləri nə üçün öyrənmək lazımdır?

Xarici dilləri nə üçün öyrənmək lazımdır?
04:40 27-06-2019 | icon 74

 Bir çoxları xarici dilləri öyrənməmək üçün müxtəlif bəhanələr  gətirirlər. Lakin hər şeyin bir-biri əlaqəli olduğu müasir dövrdə xarici dil biliyi böyük üstünlüklər verir.

Beləliklə, xarici dil öyrənməyin 10 əsas səbəbini təqdim edirik.

1.Ünsiyyət

Hər bir insanın həyatının ən vacib aspektlərindən biri digər insanlarla ünsiyyət  imkanıdır.  Bir neçə dildə danışan insanlar həm şəxsi, həm də professional həyatda daha geniş ünsiyyət dairəsinə maik ola bilir.

Xarici dil biliyi həm məcazi, həm də həqiqi mənada qarşınızda qapıları açmaqla, sizi istənilən ölkədə “özününkü” edir.

2.Karyerada irəliləmə

Xarici dil biliyi karyera pillələrində irəliləməyə əhəmiyyətli dərəcədə kömək edə bilər.  Belə ki, dil bilməyən digər əməkdaşlardan fərqli olaraq, siz sözün yaxşı mənasında seçiləcəksiniz.

Xarici dil biliyi, demək olar, bütün  sahələrdə ən çox tələb olunan bacarıqların onluğuna daxildir.  

Şirkətlər digər millətlərin nümayəndələri ilə sərbəst şəkildə ünsiyyət qurmağı bacaran əməkdaşlar axtarırlar. Bu, biznesi xarici ölkələrə də çıxarmağa və bərkitməyə kömək edir. Belə əməkdaşların maaşı da bir qayda olaraq yüksək olur.

3. Beyinin məşqi

Xarici dillərin öyrənilməsi insanlarda xeyli sayda koqnitiv bacarıqları inkişaf etdirir. Belə ki, xarici dillərdə danışan insanların daha güclü yaddaşı olur, problemləri daha yaxş həll edir, eləcə də tənqidi təfəkkürə malik olurlar.

Onlar işdə və məişətdə də daha yaradıcı və çevik olurlar. Bundan başqa, xarici dillərdə danışan insanlar qocaldıqca mental sağlamlığını və koqnitiv funksiyalarını daha uzun müddət saxlaya bilirlər.

4. Digər mədəniyyətlərlə ünsiyyət

Dil digər mədəniyyətləri bilavasitə öyrənmək üçün  ən düzgün yoldur. Xarici dildə danışmaq, öz fikrini ifadə etmək, ünsiyyət bacarığı bizə ölkənin  incəsənət, mədəniyyət və ədəbiyyatı haqqında daha dolğun məlumat əldə etməyə kömək edir.

Tədqiqatlar göstərir ki, xarici dillləri öyrənən uşaqlar  həmin ölkənin mədəniyyətinə qarşı daha tolerant olurlar.

5. Dünyanı görmək

Xarici ölkələrə səyahət ilk növbədə yeni təcrübə, yeni tanışlıq, yeni yerlər deməkdir. Lakin xarici dil bilənlərin nəinki yalnız məşhur turizm mərkəzlərində olmaq, eləcə də  başqalarının görə bilmədiklərini də kəşf etmək imkanı var.

6. Mənbəni bilmək

Hazırda dünyada 6 mindən artıq dil mövcuddur. Bu səbəbdən də tez-tez  tərcüməyə müraciət etməli oluruq. Lakin biz heç olmasa bir xarici dil biliriksə, bu, bizə məlumatı tərcümə olunmuş materialdan deyil,  mənbənin özündən əldə etməyə imkan verir.  

7. Poliqlot olmaq

Bir xarici dili bilmək digər dili də öyrənməyi asanlaşdıra bilər. Buna uşaqlar daha asan nail ola bilirlər.

Məsələ ondadır ki, xarici dil öyrənən zaman bizim beyinimizdə tədris prosesinə cavabdeh olan müəyyən əlaqələr inkişaf edir. Beləliklə, hər növbəti xarici dil daha asan öyrənilir.

8. Özünə inam

Xarici dil öyrənən istənilən insan səhvlərə yol verir. Lakin bu, prosesin vacib hissəsidir. Xarici dili öyrənmək komfort zonasından çıxmaq deməkdir. Səhvləriniz azaldıqca, yaxud səhvə daha yol vermədikdə sizin özünə inamınız artır.

9. Qərar qəbul etmək prosesinin bərkidilməsi

Tədqiqatlara əsasən, ikinci dildə düşünərək qəbul etdiyiniz qərarlar, doğma dildə qəbul edilənlərdən daha ağlabatandır. Belə ki, biz xarici dildə düşünən zaman  emosional reaksiyalardan daha uzaq oluruq. Nəticədə qərarlar emosiyaların daha az təsiri altında qəbul edilir.

10.Yeni perspektivlər açılır

Biz xarici dil, xarici mədəniyyəti öyrənən zaman onu bildiklərimizlə müqayisə edirik.  Digər mədəniyyətlərin öyrənilməsi bizə öz mədəniyyətimizə də yenidən baxmağa, onun əvvəllər fikir vermədiyimiz tərəflərini özümüz üçün aşkar etməyə kömək edə bilər. Bütün bunlar  inkişaf üçün yeni perspektivlər, yeni imkanlar verir.