Saleh Məmmədovun oğlu 1 milyon dəyəri olan saatını oğurladıb?

Saleh Məmmədovun oğlu 1 milyon dəyəri olan saatını oğurladıb?
02:54 27-06-2019 | icon 326

Günün sensasiyası İspaniyanın məşhur İbiza kurortunda Azərbaycan vətəndaşının 1 milyon 150 min funt sterlinqlik saatının oğurlanması barədə ingilis mətbuatının yaydığı xəbər oldu.
Təkcə ingilis mətbuatı deyil, qərbdən şərqə bütün dünyanın mətbuatı yazır. 
 
Milletinsesi.info xəbər verir ki, bu iddia ilə  jurnalist Cavanşir Həsənli özünün facebook sosial şəbəkəsindəki hesabnda paylaşıb.
Jurnalist Cavanşir Həsənlinin paylaşdığı məlumatı olduğu kimi təqdim edirik:
Bütün dünyanın ağzı açıla qalıb ki, 22 yaşlı azərbaycanlı belə bir saatın sahibi olub və üstəlik onu oğurlatdırıb. Hansı ki, dünyanın məşhur milyonerləri, böyük şirkət sahibləri belə qələti eləmirlər. 
22 yaşlı azərbaycanlı kimdir?
Siz onu bəlkə də tanımırsınız, amma atasını gözəl tanıyırsınız. Dünyada 75 nüsxə ilə buraxılan Richard Mille 50-03 McLaren F1 saatları ancaq bizim məmurların övladları kimi kütbeyinlərə 1 milyon funta satılır. Hələ də maraq edirsiniz kimdir?
Gözünüz ayağınızın altına baxsın. Nə görəcəksiniz? Asfaltı dağılmış, çökmüş yollar...Bizim yollarımızdır, milyonlar nədir, milyardların yeyildiyi yollar. Əlinizi cibinizə salın, o da dağıdılmış büdcəmiz kimi boş...
22 yaşlı azərbaycanlı məmur balasını yollarımız çoxdan Londona aparıb çıxarıb. Onun haqqında yazmışdım, 19 yaşında İngiltərənin milyonerləri sırasında idi. Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 1997-ci il təvəllüdlü oğlu Sübhan Məmmədli haqqında yazmışdım.
2015-ci ildən indiyə kimi Londondakı King’s College-də təhsil alır, Avstriyada və Britaniyada atasının yollardan yığdıqlarının hesabına çoxmiyonlu şirkətlər açıb. Londonda Camellia House-də 5 milyonluq mənzil sahibidir. 
İndi bir saatı itirib, noolsun? Elə bilin, Xətaidə yol çöküb...Kimsə Saleh Məmmədova deyəsi deyil ki, gözün üstdə çatma qaşların var.
 
Redaksiyadan: Bir daha bəyan edirik ki,bu iddia ilə jurnalist Cavanşir Həsənli çıxış edib və facebook sosial şəbəkəsindəki hesabında paylaşıb.
FB_IMG_1561589198136
FB_IMG_1561589202728
FB_IMG_1561589210142