“Boeing 737 MAX”ın yeni “potensial risk faktor”u aşkarlandı

“Boeing 737 MAX”ın yeni “potensial risk faktor”u aşkarlandı
02:15 27-06-2019 | icon 44

Vətəndaş aviasiyasının Federal İdarəsi (FAA) “Boeing 737 MAX”ın yeni “potensial risk faktor”unu aşkar edib. 

RİA Novosti”yə qurumun nümayəndəsi tərəfindən verilən məlumata görə, artıq şirkətə problemi aradan qaldırmaqla bağlı göstəriş verilib.

“FAA hazırda potensial problemlərin aşkar edilməsi üzərində çalışır. FAA bu yaxınlarda yeni risk faktorunu aşkar edib ki, “Boeing”ə onu aradan qaldırmaqla bağlı tapşırıq verilib”, - deyə qurumun nümayəndəsi bildirib.

Onun sözlərinə əsasən, qurum “737 MAX”ın yeni proqram təminatının yoxlanılmasına olduqca ciddi yanaşır. “Boeing 737 MAX”ın uçuşlara buraxılacağı tarix hələ açıqlanmır. 

“Qurum təyyarələrin bu modelini tam təhlükəsiz hesab etdikdən sonra onlar uçuşa buraxılacaqlar”, - deyə nümayəndə qeyd edib.