Ukraynalıların 26 faizi Zelenskiyə inanmır - SORĞU

Ukraynalıların 26 faizi Zelenskiyə inanmır - SORĞU
01:55 27-06-2019 | icon 49

Ukrayna vətəndaşlarının 70 faizə yaxını Prezident Vladimir Zelenskiyə inanır.

RİA Novosti” xəbər verir ki, bu barədə “Reytinq” sosial sorğu qrupunun dərc etdiyi məlumatda deyilir.

Sorğuya əsasən V.Zelenskiyə inam 67 faiz təşkil edir.

Respondentlərin 26 faizi isə yeni dövlət başçısına inanmır.

Bundan əlavə, sorğuda iştirak edənlərin 33 faizi Ukraynanın düzgün istiqamətdə olduğunu hesab edirsə, 40 faizi bunun tam əksini deyir.

27 faiz isə bitərəf olduğunu bildirib.

Xatırladaq ki, aprelin 21-də Ukraynada baş tutan prezident seçkilərində V.Zelenski rəqibi Petro Poroşenkoya 73 faizdən çox səslə qalib gəlmişdi.