Vyanada güclü partlayış baş verib - VİDEO

Vyanada  güclü partlayış baş verib - VİDEO
01:35 27-06-2019 | icon 37

Avstriyanın paytaxtı Vyana şəhərində güclü partlayış baş verib. Hadisə nəticəsində 12 nəfərin yaralandığı bildirilir.

Partlayış şəhərin Presqas küçəsində yerləşən yaşayış binasında, Bakı vaxtı ilə saat 18:30-da baş verib. Hadisə nəticəsində iki bina zədələnib, digərində isə bir neçə mərtəbə aşıb.  

Əraziyə cəlb olunmuş 50-dən çox polis işçisi sakinləri təxliyə edib.

İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.