Avropa Şurasına yeni baş katib seçilib

Avropa Şurasına yeni baş katib seçilib
00:35 27-06-2019 | icon 42

Avropa Şurasının Parlament Assambleyası Xorvatiyanın xarici işlər naziri Mariya Peyçinoviç Buriçi Avropa Şurasının yeni baş katibi seçib.

O, bu vəzifədə səlahiyyət müddəti 2019-cu ilin oktyabr ayında bitən Turbern Yaqlandı əvəz edəcək.

Bu gün AŞPA-da keçirilən səsvermənin yekun nəticələrinə görə, Mariya Peyçinoviç Buriç 159 səs, onun rəqibi - belçikalı Didye Reynders isə 105 səs toplayıb.

Yeni baş katib səlahiyyətlərinin icrasına sentyabrdan başlayacaq. Xorvatiyalı siyasətçi 2024-cü ilə qədər baş katib vəzifəsini icra edəcək.