“Fənərbağça” məşhur futbolçu ilə rəsmən yollarını ayırdı

“Fənərbağça” məşhur futbolçu ilə rəsmən yollarını ayırdı
23:05 26-06-2019 | icon 56

“Fənərbağça” klubu məşhur futbolçu Mehmet Topalla yollarını ayırdığını rəsmən açıqlayıb.

Hurriyet” xəbər verir ki, klub açıqlamasında futbolçuya təşəkkür edib:

“2012-ci ildən önəmli qələbələrimizdə bizimlə birlikdə olan, kapitanlarımız arasında yer alan Mehmet Topalla yollarımızı ayırdıq. Bu qərarın həm “Fənərbağça”ya, həm də futbolçuya xeyirli olmasını arzulayırıq. Bu günə qədər komandamızdakı bütün xidmətləri üçün ona təşəkkür edirik, uğurlar arzulayırıq”.

Qeyd edək ki, futbolçu da klubdan ayrılma xəbərini sosial şəbəkədə öz izləyiciləri ilə paylaşıb.