Azərbaycan Avropa Oyunlarında daha iki medal qazandı

Azərbaycan Avropa Oyunlarında daha iki medal qazandı
21:50 26-06-2019 | icon 44

II Avropa Oyunlarında Azərbaycan daha iki medal qazanıb.

milletinsesi.info xəbər verir ki, sərbəst güləşçilərimizdən Hacımurad Hacıyev və Camaləddin Məhəmmədov bürünc medal qazanıblar.

Digər təmsilçimiz Aleksandr Qostiyev isə bürünc medal görüşündə son saniyələrdə qələbəni əldən verib. 

Beləliklə, Azərbaycanın bir qızıl, dörd gümüş və doqquz medal qazanması rəsmiləşib.

Səbuhi MUSAYEV