İlk qızıl medalçımız: Bu yaxınlarda özüm də hərbçi olacağam - FOTO

İlk qızıl medalçımız: Bu yaxınlarda özüm də hərbçi olacağam - FOTO
21:40 26-06-2019 | icon 54

Bu qələbəni hərbçilərimizə həsr edirəm. Bu yaxınlarda özüm də hərbçi olacağam. Federasiya rəhbərliyinə - Namiq Əliyev, Firdovsi Umudova, təşəkkürümü bildirirəm. 

milletinsesi.info xəbər verir ki, bunu Azərbaycana II Avropa Oyunlarında ilk qızıl medalı qazandıran sərbəst güləşçi Mahir Əmiraslanov deyib.

O bildirib ki, qələbəsində vitse-prezident Firdovsi Umudovun əziyyəti böyükdür:

“Firdovsi Umudovun üzərimdə çox böyük əziyyəti olub. Əziyyəti olan hər bir şəxsə təşəkkürümü bildirirəm. Azərbaycanın ilk qızıl medalıdır. Çox sevinirəm. Axırıncı yox, axarıncı olsun, bayrağımız daima yüksəklikdə dalğalansın. Çalışacağam ki, bundan sonra daima bayrağımı ucaldım”.

Səbuhi MUSAYEV