Prezidentin şəhid ailələri və müharibə əlillərinə mənzil hədiyyəsi - FOTO

Prezidentin şəhid ailələri və müharibə əlillərinə mənzil hədiyyəsi - FOTO
19:25 26-06-2019 | icon 92

26 iyun - Silahlı Qüvvələr Günündə Prezident İlham Əliyevin hədiyyəsi olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 60 şəhid ailəsinə və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilir ki, mənzillər Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilmiş yaşayış binalarından alınaraq verilib.

Qeyd edək ki, bu vaxta qədər nazirlik tərəfindən sözügedən kateqoriyalardan olanlara 6714 mənzil verilib.