Tramp İranı məhv etməklə hədələdi

Tramp İranı məhv etməklə hədələdi
01:40 26-06-2019 | icon 51

ABŞ prezidenti Donald Tramp yenidən İranı təhdid edib. O öz Twitter səhifəsində bildirib ki, İran tərəfindən ediləcək istənilən hücum böyük və dəhşətli cavab addımı ilə qarşılanacaq. 

“Bu cavab bəzi bölgələrdə hətta məhvedici olacaq. Daha nə Con Kerri var, nə Barak Obama”, - deyə Tramp yazıb. O bunu deyərkən özündən qabaqkı liderlərin İranla bağladığı və 2018-ci ildə pozulan nüvə sazişini nəzərdə tutub.

Qeyd edək ki, Vaşinqtonun yeni sanksiyalarına cavab olaraq İran prezidenti Həsən Ruhani Trampın ünvanına  “ağıldankəm” ifadəsini səsləndirmişdi:

 “Ağ Evi nə etdiyini bilməyən insan idarə edir”

Tramp məhz bu ifadəyə cavab olaraq İranı təhdid edib.