“Mitsubishi” körpüdən aşdı - Bir ailənin 4 üzvü yaralandı

“Mitsubishi” körpüdən aşdı - Bir ailənin 4 üzvü yaralandı
01:05 26-06-2019 | icon 75

Astarada avtomobil körpüdən aşıb. 

milletinsesi.info-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Ələt-Astara maqistral yolunun Şahağacı kəndindən keçən hissəsində baş verib.

“Mitsubishi” markalı avtomobilin körpüdən aşması nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti daha ağır olan bir uşaq və ana Reanimasiya şöbəsinə yerləşdiriliblər.