Fuad Abbasov: Fəaliyyətimdə heç bir dəyişiklik olmayacaq

Fuad Abbasov: Fəaliyyətimdə heç bir dəyişiklik olmayacaq
00:05 26-06-2019 | icon 93

Fəaliyyətimdə heç bir dəyişiklik olmayacaq.

milletinsesi.info xəbər verir ki, bunu Rusiyadan Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov Heydər Əliyev Beynəlxalq Hava Limanında həmkarlarına deyib.

O, Azərbaycana gəlməkdən şad olduğunu bildirib:

“Hazırda bir neçə gün istirahət edəcəyəm, ailəmin, yaxınlarımın yanında olacağam. Daha sonra baş verənlərlə bağlı geniş mətbuat konfransı təşkil edəcəyik. Səhhətimdə heç bir problem yoxdur, hər şey qaydasındadır.

Fəaliyyətimlə bağlı onu deyə bilərəm ki, işlərimdə və araşdırmalarımda heç bir dəyişiklik olmayacaq. Rusiyada necə fəaliyyət göstərirdimsə, öz ölkəmdə də eyni qaydada fəaliyyətimi davam etdirəcəyəm”.