Aparıcı valideynlərə səsləndi: Polisə şikayət edəcəyəm - VİDEO

Aparıcı valideynlərə səsləndi: Polisə şikayət edəcəyəm - VİDEO
16:35 17-06-2019 | icon 56

Tanınmış aparıcı Mətanət Əliverdiyevanın başına xoşagəlməz iş gəlib.

milletinsesi.info xəbər verir ki, M.Əliverdiyevanın adından “İnstagram”da saxta profil yaradılıb və insanların ünvanına təhqirlər yazılıb. Aparıcı bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyi haqqında “İnstagram” vasitəsilə videomesaj yayımlayıb:

“Bəzən valideynlər uşaqlarına nəzarət etmirlər. Onlar uşaqların sosial şəbəkədə nə etdiyinin fərqinə varmırlar. Dostlarımdan biri zəng etdi ki, mənim adımdan fan-səhifə yaradılıb. Başqa paylaşımlara xoşagəlməz rəylər yazırlar.

Heç kimə rəy bildirmirəm, Mətanət xoşniyyətlidir. Valideynlər, baxın uşaqlarınız nə ilə məşğuldur. Diqqətli olun, o, mən deyiləm. Bununla bağlı polisə müraciət edəcəyəm”.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Sos!!!!!!! valideynlər diqqətli olsunlar.... Sosial şəbəkələr azyaslılar üçün deyil....

Публикация от Metanet Aliverdiyeva (@metanet__eliverdiyeva)

Rəşad Əliyev