İşdən çıxarıldığı deyilən jurnalist hər şeyə aydınlıq gətirdi: Öz yerimdəyəm

İşdən çıxarıldığı deyilən jurnalist hər şeyə aydınlıq gətirdi: Öz yerimdəyəm
15:50 17-06-2019 | icon 86

“Azad Azərbaycan” telekanlındakı işinə xitam verildiyi bildirilən jurnalist İlkin Xəlilov məsələyə aydınlıq gətirib.

milletinsesi.info xəbər verir ki, o, “Facebook” səhifəsində işdən çıxarılmadığını qeyd edib.

“ATV-dəki işimə davam edirəm! Bu, 3 aymı çəkəcək, 6 aymı olacaq, bilmirəm, amma hələlik öz yerimdə, 17 il çalışdığım doğma kollektivimlə birgəyəm. Dəstəyiniz üçün var olun!”

Xatırladaq ki, bundan əvvəl ATV-nin prezidenti Azər Xəlilov İlkin Xəlilovun işdən çıxarılmadığını açıqlamışdı.