“PSJ” Neymarı satır?

“PSJ” Neymarı satır?
11:40 17-06-2019 | icon 74

Fransanın PSJ klubu yay transfer pəncərəsində braziliyalı futbol ulduzu Neymarla yollarını ayırmağa hazırdır.

L'Equipe” nəşrinin məlumata əsasən, bunun üçün klub rəhbərliyi sərfəli təklifin gəlməsini gözləyir: məbləğ 222 milyon avrodan çox olmalıdır.

Bu məbləğdə pulu PSJ Neymarı heyətinə qatmaq üçün 2017-ci ildə “Barselona”ya ödəmişdi.

Nəşrin mənbəsinin bildirdiyinə görə, futbolçu son həftələr qohumlarına yorulduğunu bildirir, PSJ-də qalmağın ona çətin olduğundan gileylənir.

Oyunçunun agenti Pini Zahavi futbolçunun İspaniyaya qaytarılması istiqamətində işlər aparır. Neymarın “Barselona” klubunda hələ də bir çox futbolçularla, o cümlədən Messi ilə yaxşı münasibətləri davam edir.