Tramp Qolan təpələrində adına qəsəbə salınmasına münasibət bildirdi

Tramp Qolan təpələrində adına qəsəbə salınmasına münasibət bildirdi
00:15 17-06-2019 | icon 51

May ayında İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin Qolan təpələri üzərində suverenliyinin tanımasına minnətdarlıq əlaməti olaraq Qolan təpələrində ABŞ Prezidenti Donald Trampın adına qəsəbə salınacağını bəyan etmişdi.

Bu gün Qolan təpələrində qəsəbənin rəsmi açılış mərasimi keçirilib.

ABŞ Prezidenti D.Tramp öz “Twitter” səhifəsində bu jestə cavab verib:

“Netanyahu və İsrailə təşəkkür edirəm. Bu mənim üçün böyük şərəfdir”.

Qeyd edək ki, D.Tramp adına qəsəbənin salınması işləri ilə İsrailin yeni hökuməti məşğul olur.