Baş nazir istefadan sonra nə ilə məşğul olacağını açıqladı: Yemək bişirəcəm...

Baş nazir istefadan sonra nə ilə məşğul olacağını açıqladı: Yemək bişirəcəm...
20:35 16-06-2019 | icon 72

Britaniyanın baş naziri Tereza Mey jurnalistlərə istefaya getdikdən sonra nə ilə məşğul olacağı barədə danışıb.

Sky News-un məlumatına görə, xanım siyasətçi bu vaxta qədər yemək bişirməyə vaxt tapmadığı üçün kulinariya ilə məşğul olacağını söyləyib. O həmçinin marağını çəkən digər məşğuliyyətlərdən bəhs edib:

“Mən istefamdan sonra parlamentari kimi siyasətdə qlacam. Amma indi daha çox vaxtım olacaq, mən ailəmə, gəzintiyə və kriket oyununa zaman ayıracam. Kirket izləməyi sevirəm”.

Qeyd edək ki, Mey iyunun 7-də istefa verdiyini bəyan edib. O postunu iyulun 20-dən sonra tərk edəcək.