Azərbaycanlı Ukraynada qəza törətdi - Beynəlxalq dərəcəli hakim öldü

Azərbaycanlı Ukraynada qəza törətdi - Beynəlxalq dərəcəli hakim öldü
19:30 16-06-2019 | icon 98

 Ukraynanın Lvov şəhərində Azərbaycan vətəndaşı ölümlə nəticələnən qəza törədib.

 “Ukranews” xəbər verir ki, hadisə ötən gün yerli vaxtla saat 20:05-də qeydə alınıb.

Belə ki, 44 yaşlı Azərbaycan vətəndaşı idarə etdiyi “Mercedes” markalı avtomobillə 77 yaşlı Lyubov Rassıxinanı vurub. Qadın hadisə yerindəcə keçinib.

Qeyd edək ki, Lyubov Rassıxina Lvovun “Karpat” komandasının əfsanəvi futbolçusu Boris Rassıxinin həyat yoldaşıdır. 

Ölən qadının gimnastika üzrə beynəlxalq dərəcəli hakim olduğu bildirilib.