“Ural hava yolları” şirkəti Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata yol verib - FOTO

“Ural hava yolları” şirkəti Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata yol verib - FOTO
19:00 16-06-2019 | icon 68

Rusiya Federasiyasının “Ural hava yolları” şirkətinin rəsmi mətbuat orqanı olan “UAM” jurnalında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribata yol verilib.

Report xəbər verir ki, jurnal öz səhifəsində “Günəşli Ermənistana vertolyot turları” adlı reklam yerləşdirib. Reklamda Dağlıq Qarabağ Ermənistan ərasizi kimi göstərilməklə yanaşı, həm də işğal edilmiş ərazilərə vertolyot turlarının təşkili də qeyd edilib.

Qeyd edək ki, “Ural hava yolları” şirkəti Azərbaycanla da yaxından əməkdaşlıq edir, Bakı, Gəncə və Lənkərana müntəzəm hava uçuşları həyata keçirir.