Suriya ordusu Türkiyə postuna hücum etdi və cavabını aldı

Suriya ordusu Türkiyə postuna hücum etdi və cavabını aldı
14:00 16-06-2019 | icon 53

Türkiyə ordusunun Suriyanın İdlib vilayətindəki müşahidə postu hücuma məruz qalıb.

Bu barədə Türkiyə müdafiə nazirliyinin məlumatında deyilir.

Türkiyə ordusunun postu Suriya ordusu tərəfindən artilleriya atəşinə tutulub. Ölən və yaralanan olmasa da, postdakı avadanlıq və təchizata ziyan dəyib.

Türkiyə ordusunun bölmələri ağır silahlarla cavab atəşi açıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hadisə ilə bağlı Rusiya tərəfinin məlumatlandırıldığını bəyan edib.