Maradona: “Allahın əli” ilə ingilislərdən intiqam aldıq

Maradona: “Allahın əli” ilə ingilislərdən intiqam aldıq
08:15 16-06-2019 | icon 49

Argetina yığmasının əfsanəvi forvardı Diyeqo Maradona özünün 1986-cı il Dünya Çempionatında İngiltərə yığmasının qapısına vurduğu, eləcə də “Allahın əli” adı ilə tanınan məşhur qolunu Folklend adalarına görə İngiltərədən alınmış intiqam adlandırıb. 

“Biz, agrentinalılar hərbiçilərin nə ilə üzləşdiyini bilmirdik. Bizə demişdilər ki, müharibədə qələbə qazanırıq. Əslində isə İngiltərə 20:0 hesabı ilə qabaqda idi. Bu, çox ağır idi. Elə bir səs-küy qaldırılmışdı ki, sanki biz də futbol meydançasında daha bir savaşı qaldırmağa hazırlaşırıq .

Mən bilirdim ki, topu qapıdan əlimlə keçirmişəm. Bunu heç planlaşdırmırdım da. Lakin hər şey elə sürətlə baş verdi ki, heç xətdəki hakim də mənim əlimi işə saldığımı görmədi. Hakim mənə baxdı və dedi: “Qol”. Bu, o dərəcədə gözəl bir hiss idi ki, sanki ingilislərdən simvolik intiqam aldıq”, - deyə Maradona bu yaxınlarda işıq üzü görən sənədli avtobioqrafiq filmində bildirib.

Xatırladaq ki, 1986-cı ilin Dünya Çempionatının dörddə bir finalında Maradona oyunun 51-ci dəqiqəsində ingilislərin qapısına əli ilə top keçirmişdi. Lakin buna baxmayaraq, oyunun arbitrı bunu argentinalıların hesabına qol kimi yazmışdı. Dörd dəqiqədən sonra Maradona “əsrin qolu”nu vuraraq, Argentinaya 2:1 hesabı ilə qələbə qazandırmışdı. Beləliklə də, komandası turnirin qalibi olmuşdu.