Bərdədə ev avtomobillə birlikdə yanıb - FOTO

Bərdədə ev avtomobillə birlikdə yanıb - FOTO
06:55 16-06-2019 | icon 54

 Bərdə rayonunda baş verən yanğın hadisəsində fərdi yaşayış evi və minik avtomobili yanaraq kül olub.

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Əmirli kəndində qeydə alınıb. 
Kənd sakini 1960-ci il təvəllüdlü Abuzər Əli oğlu Hüseynova məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş verib. 4 otaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. 

Ev sahibi A. Hüseynov bildirib ki, hadisə zamanı mənzildə olan 6500 manat pul və qızıl zinət əşyaları da yanıb. Evin zirzəmisində olan “VAZ 21015” markalı minik avtomobili də yanaraq kül olub. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğının nədən baş verdiyi dəqiq bilinmir. 

Faktla bağlı araşdırma aparılır.