Yeni Zelandiyada 7,4 maqnituda gücündə zəlzələ olub – sunami təhlükəsi var

Yeni Zelandiyada 7,4 maqnituda gücündə zəlzələ olub – sunami təhlükəsi var
05:20 16-06-2019 | icon 50

Yeni Zelandiya sahillərində şənbə günü 7,4 maqnituda gücündə zəlzələ olub.

milletinsesi.info bildirir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti xəbər yayıb.

Məlumata əsasən, episentr Fanqarei şəhərindən (red. - 50 min nəfərlik sakini var) 908 km şimal-şərqdə yerləşib. Zəlzələnin dərinliyi 10 km təşkil edib.

Xidmət, həmçinin zəlzələ baş verən ərazidə sunami təhlükəsi barədə xəbərdarlıq edib.