“Santa Barbara”nın aktyoru vəfat etdi

“Santa Barbara”nın aktyoru vəfat etdi
11:40 12-06-2019 | icon 26

Amerikalı kino və televiziya aktyoru Cim MakMullan 83 yaşında vəfat edib.

Bu barədə “Hollywood Reporter” aktyorun həyat yoldaşına istinadən məlumat yayıb.

Ölüm səbəbi yan amiotrofik sklerozu (beyinin motor neyronlarının xəstəliyi - red.) göstərilir.

Qeyd edək ki, aktyor 1992-ci ildə “Santa Barbara” serialında oynadığı rolu ilə tanınır.

Bundan başqa, “Malibu xilasediciləri”, “Komanda A”, “Dalla”, “Məxfi Agent Makhayver” kimi seriallarda və “Ostin Pauers: Beynəlxalq səviyyəli sirli adam” və “Sürətli eniş” kimi filmlərdə müxtəlif obrazları canlandırıb.