Saatlıda yol qəzasında bir ailənin 3 üzvü yaralandı - FOTO

Saatlıda yol qəzasında bir ailənin 3 üzvü yaralandı - FOTO
00:05 12-06-2019 | icon 32

 Saatlıda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

milletinsesi.info-ın bölgə müxbirinin məlumatına görə, hadisə Saatlı şəhər Heydər Əliyev prospektində qeydə alınıb. Rayonun Hacıqasımlı kənd sakini, 1975-ci il təvəllüdlü Şirinov Zahir Əmirxan oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub.

Nəticədə “Jiquli”nin sürücüsü və onun övladları, 2005-ci il təvəllüdlü Şirinov Aqşin və 2004-cü il təvəllüdlü Şirinov Sübhan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ata və övladlarının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.