Azərbaycan səfirliyinin nümayəndələri Fuad Abbasovla görüşüb

Azərbaycan səfirliyinin nümayəndələri Fuad Abbasovla görüşüb
21:10 11-06-2019 | icon 39

Jurnalist Fuad Abbasovla bağlı məsələ Azərbaycanın Rusiyadakı Səfirliyinin nəzarətindədir. 

Xarici Işlər Nazirliyindən milletinsesi.info-a verilən məlumata görə, iyunun 11-də səfirlik nümayəndəıəri Fuad Abbasovla görüşüb, saxlanma şəraiti ilə tanış olublar.

Bundan başqa, yaranmış vəziyyəti aydınlaşdırmaq məqsədi ilə Rusiya Xarici Işlər Nazirliyinə nota təqdim edilib və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb.

Xatırladaq ki, Fuad Abbasov mayın 18-də Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı saxlanılıb.