“Miss Azərbaycan-2019”: Açıq-saçıq videolara görə çox pul alıram, sərf edir

“Miss Azərbaycan-2019”: Açıq-saçıq videolara görə çox pul alıram, sərf edir
15:55 11-06-2019 | icon 36

Bir neçə gün öncə “Miss Azərbaycan-2019” gözəllik müsabiqəsində qalib gələn model Səmra Hüseynova açıq-saçıq fotolarına görə tənqid obyektinə çevrilib. 

Model milletinsesi.info-a açıqlamasında açıq fotolar çəkdirməsinin səbəbini və bunu hansı qonorar qarşılığında etdiyini açıqlayıb.

Səmra deyib ki, bu foto və videoları qonorar qarşılığında çəkdirir:

“Açıq-saçıq kontentli materiallara görə mən öncə verilən qanorarın məbləğinə baxıram. Açıq geyimdə foto-video çəkilişinə bir qiymətə gedirəm, bağlı geyimdə başqa qiymətə”. 

Model çəkilişlər qarşılığında 2000 manata kimi qonorar aldığını deyib:

“1000-2000 manat arasında qonorar alıram. Açıq-saçıq geyimdə çəkilişlərə görə mənə verilən məbləğ yüksəkdir, sərf edir, mən də ona görə çəkilirəm”.

S.Hüseynova açıq geyiminə görə onu tənqid edənləri də cavabsız qoymayıb: 

“Problem insanlardadır. Onlar öz gözlərini tərbiyə etsələr, açıq-saçıqlığa deyil, gözəlliyə baxarlar. Hər şey ilk növbədə bizim özümüzdən aslıdır. Sənət, insanlıq, hörmət və baxış bucağı bizim özümüzdən aslıdır”. 

“Miss Azərbaycan-2019” qalibi model Səmra Hüseynova ilə geniş müsahibəni tezliklə saytımızda oxuya bilərsiniz.

Rəşad Əliyev