Türkiyə vətəndaşı “Üstay” şirkətindən Prezidentə şikayət etdi - VİDEO

Türkiyə vətəndaşı “Üstay” şirkətindən Prezidentə şikayət etdi - VİDEO
13:35 10-06-2019 | icon 515

Türkiyə vətəndaşı Mehmet Çalışır adlı şəxs Millətinsəsi.info-ya müraciət edərək “Üstay” adlı şirkətdə çalışarkən əmək hüquqlarının pozulduğunu, başqa türk fəhlələrdən fərqli olaraq az maaş aldığı, həmçinin şirkətdə vergidən yayınma hallarının mövcudluğu, işçilərin maaşının bir hissəsinin kartla, bir hissəsinin isə əllə verildiyinə dair iddialar səsləndirib. 

Mehmet Çalışır video-şikayətində Azərbaycan prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və xanımı Əminə Ərdoğana üzünü tutaraq onlardan pozulmuş əmək hüquqlarının bərpa olumasında yardım istəyib.

Mehmet Çalışırın bu və digər ittihamları ilə bağlı Yenilik.Az “Üstay” şirkətinin rəsmi mövqeyini öyrənməyə çalışıb. Şirkətin hüquqşünası Rövşanə Rəhimova M.Çalışırın ittihamlarını rədd edərək onun yalan danışdığını, “Üstay” şirkətində Azərbaycan əmək qanunvericiliyinə tam əməl olunduğunu, şirkətdə heç bir ikili mühasibatlıq, vergidən yayınma hallarının olmadığını, maaşların kartla verildiyini, şikayətçiyə dəfələrlə maaşından əlavə övladının xəstəliyilə əlaqədar maddi yardımlar edildiyini və onun hansısa səbəbdən şou yaratmaq istədiyini bildirib:”Əgər şirkətin ona qarşı qanunsuzluq etdiyini düşünürsə buyursun qanuna müvafiq olaraq məhkəməyə müraciət etsin, əgər məhkəmə onun iddialarını təsdiqləyərsə, necə deyərlər, qanun qarşısında boynumuz qıldan incədir.”

M.Çalışırın video-şikayətini təqdim edirik: