Övladları evdə dünyaya gəlib, şəhadətnamə verilmədiyi üçün məktəbə gedə bilmirlər – VİDEO

Övladları evdə dünyaya gəlib, şəhadətnamə verilmədiyi üçün məktəbə gedə bilmirlər – VİDEO
15:09 04-06-2019 | icon 152

"İstəyirəm uşaqlarım sabah mənim günümə düşməsin, amma oxuda bilmirəm".

Millətinsəsi.info  xəbər verir ki, bu sözləri Qusarın Sudur kəndində kirayə evdə yaşayan Mövlan Qasımov deyir.
Mövlan Qasımov və iki azyaşlı uşağı naxırçılıq edərək, ailənin dolanışığını təmin edirlər.
Bu ailədə bir neçə uşaq imkansızlığa görə təhsildən məhrum qalıb...
Mövlan Qasımov imkansızlıqdan 5-ci uşağını dünyaya gətirməsi üçün həyat yoldaşını xəstəxanaya apara bilmir.
Uşaq ev şəraitində doğulduğu üçün ona 2 ildir sənəd ala bilmirlər.
Azərbaycan qanunvericiliyinə görə isə, şəxs 6 aydan çox yaşadığı ərazidə qeydiyyata düşməlidir.
Vəkil Emin İsayev deyir ki, doğum şəhadətnaməsi üçün xəstəxana sənədi gərəklidir, bu olmadığı halda ailə məhkəməyə müraciət edərək faktı təsdiqlətməlidir.
Ailə dövlətdən ünvanlı sosial yardım da istəyir.
Əmək və halinin Sosial Müdafiəsi Nazirliyi deyir ki, vətəndaşın sənədlərində hansısa problemi olarsa, bunu sosial yardım sistemi ilə bağlaması düzgün və obyektiv deyil.
Vətəndaşlar təmsil etdikləri ailələrin sosial yardım almaq hüququna baxılması üçün yalnız bir sənəd - ailəni təmsil etmələri barədə notarial qaydada təsdiq edilmiş ərizə ilə internet bağlantısı olan istənilən nöqtədən e-xidməti vasitəsilə müraciət edə bilər, qurum deyir.
Amma bu zaman onun digər sənədləri qaydasında olmalıdır
"Ailələr maddi çətinlikləri olduğu halda, özünüməşğulluq proqramçına müraciət edə, bu proqramın yaratdığı imkanlardan istifadə edərək, öz ailə təsərrüfatlarını yarada bilərlər", nazirlik deyib.