Fuad Abbasov azadlıqdadır - VİDEO

Fuad Abbasov azadlıqdadır - VİDEO
01:50 24-05-2019 | icon 72

Rusiyanın hüquq-mühafizə orqanları  tərəfindən saxlanılmış, paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasov artıq azadlıqdadır. Bu barədə jurnalist özü sosial şəbəkədə paylaşım edərək, məlumat verib:

“Artıq azadlıqdayam, evimdəyəm, heç bir narahatlıq yoxdur. Dostlarım da yanımdadır”, - deyə jurnalist bildirib.

Tanınmış jurnalist Fuad Abbasov mayın 16-da Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdı. Onun mayın 28-də Azərbaycana deportasiya olunması gözlənilirdi.  F.Abbasov miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinirdi.